Göllər və su anbarları
Göllər
Azərbaycan ərazisində ümumi sahəsi 395 km2 olan 450 göl müəyyən edilib ki, onlardan 10 gölün sahəsi 10 km2-dən böyükdür. Ən böyük göl Kür-Araz ovalığında yerləşən Sarısu gölüdür. Onun sahəsi 65,7 km2, tutumu 59,1 milyon m3, Ağgöl sahəsi 56,2 km2, tutumu 44,7 milyon m3-dir. Candargöl Gürcüstanla sərhəddə yerləşir, sahəsi 10,6 km2, tutumu 51 milyon m3-dir. Böyük Alagöl həcmi 24,3 milyon m3-dir. Ümumilikdə Respublikanın əsas göllərinin tam həcmi təxminən 265 milyon m3-dir.
Kəlbəcər rayonu ərazisində yerləşən Kiçik Alagöl
Su anbarları
Azərbaycanda 136 su anbarı mövcuddur və onların ümümi tam həcmi 21500 mln.m3 təşkil edir. Hər birinin həcmi 1 mln. m3-dən çox 61 su anbarı mövcuddur. Su anbarları həm çayın məcrasında (məcra su anbarları), həm də ondan kənarda (məcradan kənar su anbarları) yaradılıb. Su anbarlarının əksəriyyəti fəsillik nizamlanır və suvarma üçün istifadə olunurlar. Kür, Araz və Tərtər çaylarında yaradılmış Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Araz və Sərsəng su anbarları kompleks təyinatlı su təsərrüfatı obyektləridir və energetika, suvarma, su təchizatı və s. üçün istifadə olunurlar.