Rəhbərlik
Nazir
Nazir müavinləri
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin birinci müavini
Ümumi məlumat
27 avqust 1979-cu il təvəllüdlüdür. Bakı Dövlət Universitetinin “hüquqşünaslıq” ixtisası üzrə bakalavr və magistr pillələrini bitirmişdir.Qəbul günləri
Ayın son həftəsinin IV günü 15:00 – 16:00
Əlaqə vasitələri
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Ümumi məlumat
21 avqust 1958-ci il təvəllüdlüdür. 1980-cı ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. 1980-ci ildə AMEA-nın Fizika İnstitutunda işləyib. 1981-ci ildə ADU-nun “Onurğalılar zoologiyası” kafedrasında baş laborant, assistant və baş müəllim vəzifələrində çalışıb. 1989-сu ildə biologiya elmləri namizədi adını alıb. 1995-ci ildə Bakı Dövlət Universitetinin “Onurğalılar zoologiyası” kafedrasının dossenti olub. 1995-ci ildə “Azərbalıq” Dövlət Konserninin Balıqartırma idarəsinin rəis müavini, 1999-cu ildə rəisi vəzifəsində işləyib. 2003-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2005-ci ildə biologiya elmləri doktoru alimlik dərəcəsi alıb. 2001-2011-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentində direktor vəzifəsində çalışıb. 2008-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını alıb. 2011-ci ildən ekologiya və təbii sərvətlər nazirinin müavinidir.
22 may 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı, 31 iyul 2012-ci ildə Fransa Respublikası Hökümətinin kənd təsərrüfatı və balıqçılıq sahəsində Zabit ordeni, 22 iyun 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2023-cü ildə “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalı, 2023-cü ildə ”Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı, 2024-cü ildə 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif olunmuşdur.
Qəbul günləri
Ayın I və III həftəsinin IV günü 15:00 – 16:00
Əlaqə vasitələri
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Ümumi məlumat
02 aprel 1973-cü il təvəllüdlüdür. 1995-ci ildə Gəncə Dövlət Universitetini “biologiya və kimya” ixtisası üzrə, 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını “dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə bitirmişdir. 1995-1998-ci illərdə AMEA-nın Botanika İnstitutunun aspiranturasında təhsil almış, 1998-2008-ci illərdə həmin İnstitutda elmi işçi, aparıcı elmi işçi, böyük elmi işçi, laboratoriya və şöbə müdiri vəzifələrində çalışmışdır. 2008-ci ildən 2010-cu ilədək SOCAR-ın Ekologiya İdarəsinin Yaşıllaşdırma departamentinin rəis müavini və rəisi vəzifələrində işləmiş, 2010-cu ildə Ekologiya İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 2012-ci ildən 2018-ci ilədək SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin icraçı direktorunun müavini vəzifəsində çalışmışdır. 2018-ci ilin 11 iyun tarixindən Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışmış, 14 aprel 2020-ci il tarixindən nazir müavini vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 2001-ci il 19 yanvar tarixli qərarı ilə “biologiya elmləri namizədi” alimlik dərəcəsi, 2017-ci il 16 mart tarixli qərarı ilə “botanika ixtisası üzrə dosent” elmi adı verilmişdir. 65 elmi əsərin, o cümlədən 3 kitabın müəllifi, Azərbaycan Respublikasının Qırmızı Kitabının II və III nəşrinin həmmüəlliflərindən biridir.
19 sentyabr 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı, 2023-cü ildə “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalı, 2023-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür, ailəlidir, 2 övladı var.
Qəbul günləri
Ayın II və IV həftəsinin II günü 15:00 – 16:00
Əlaqə vasitələri
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Ümumi məlumat
03 aprel 1968-ci il təvəllüdlüdür. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1994-1997-ci illərdə AMEA Coğrafiya institutunun aspirantı olmuşdur. 1990-1992-ci illərdə Dövlət Hidrometeorologiya Komitəsi, sinoptik, mühəndis; 1993-2001-ci illərdə Hidrometeorologiya Xidməti, şöbə rəisi; 2001-2015-ci illərdə ETSN, Milli Hidrometeorologiya Departamenti, Hidrometeoroloji Proqnozlar bürosu, direktor; 2015-2018 AMEA Coğrafiya institununun aqro-iqlimşünaslıq Şöbəsi, aparıcı elmi işçi; 2018-ci il ETSN, Ekoloji Təbliğat Şöbəsi, müdir; Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsində işləyib. 2020-2023-cü il tarixlərində Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsində işləyib. 04.03.2023-cü il tarixindən ekologiya və təbii sərvətlər nazirinin müavinidir. Coğrafiya üzrə fəlsəfə doktorudur. 46 elmi məqalənin müəllifi, 5 kitabda həmmüəllifdir.
22 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdur, 22 may 2009-cu ildə isə “Əməkdar mühəndis” fəxri adı verilmişdir. 2023-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.
Ailəlidir, 1 övladı var.
Qəbul günləri
Ayın II və IV həftəsinin V günü 15:00 – 16:00
Əlaqə vasitələri
Aparat rəhbəri
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri
Ümumi məlumat
19 mart 1984-cü il təvəllüdlüdür. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr pilləsini “inzibati idarəetmə” ixtisası üzrə, 2008-ci ildə isə magistr pilləsini “iqtisadiyyat və idarəetmə” ixtisası üzrə bitirmişdir. 2005-ci ildə “Esperanto” xarici dillər kursunda ingilis dili üzrə təlimçi kimi fəaliyyət göstərmişdir. 2005-2006-cı illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Layihələndirmə və Texniki – İqtisadi Əsaslandırma Mərkəzində mütəxəssis, 2007-2008-ci illərdə Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fondunda aparıcı mütəxəssis, 2008-ci ildə isə Beynəlxalq Əməkdaşlıq Şöbəsində mütəxəssis vəzifələrində çalışmışdır. 2008-2009-cu illərdə “SRM” MMC-də menecer vəzifəsində işləmişdir. 2009-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmiş, 2012-ci ildə həmin Şöbənin sektor müdiri, 2017-ci ildə Şöbənin müdir müavini-sektor müdiri vəzifəsinə keçirilmişdir. 2018-2020-ci illərdə Nazirliyin katibliyində və kollegiya katibi vəzifələrində çalışmışdır. 03 may 2021-ci il tarixdən nazirliyin Aparat rəhbəri vəzifəsində işləyir.
22 may 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Ailəlidir, 2 övladı var.
Qəbul günləri
Ayın II və IV həftəsinin I günü 15:00 – 16:00
Əlaqə vasitələri
Nazir müşavirləri
Nazir müşaviri
Əmək fəaliyyətinə 2012-ci ildə ictimai əsaslarla fəaliyyət gösərən İnformasiya Texnologiyaları Mərkəzinin idarəedici koordinatoru olaraq başlamışdır. 2014-2015-ci illərdə özəl şirkətdə dövlət sifarişli layihələrin idarəedilməsi üzrə layihə meneceri olaraq çalışmış və daha sonra texniki direktor olaraq fəaliyyətini davam etmişdir.
2019-2022-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Dövlət Xidmətlərin dizaynı və qiymətləndirilməsi şöbəsinin, Xidmətlərin və sistemlərin qiymətləndirilməsi sektorunun müdiri, Dövlət Geodeziya və Kartoqrafiya Agentliyinin idarə heyyəti sədrinin müavini vəzifəsində çalışmışdır. 8 fevral 2022-ci il tarixindən ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsində işləyir.
Əlaqə vasitələri
Nazir müşaviri
25 iyul 1969-cu il təvəllüdlüdür. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını “tətbiqi riyaziyyat” ixtisası üzrə bitirmişdir. 1998-ci ildə İtaliyanın Milan şəhərində yerləşən Scuola Enriche Mattei (ENİ Corporate University) Universitetini “Enerji sektorunda iqtisadi və ekoloji idarəçilik üzrə”, həmçinin 2005-ci ildə İngiltərənin Lester Universitetində “Təchizat zəncirinin idarəçiliyi” ixtisasları üzrə magistr pilləsini bitirmişdir.
Əmək fəaliyyətinə 1992-ci ildə Azərbaycan Neft Layihə və Elmi Tədqiqat İnstitutunda mühəndis olaraq başlamışdır. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının aspirantı olmuş, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Xarici Sərmayələr İdarəsinin Kontraktların Kommersiya Şərtlərinin Riyazi-İqtisadi Modelləşdirmə şöbəsinin aparıcı mütəxəssisi, 1998-2003-cü illərdə həmin İdarənin Maliyyə şöbəsinin rəisi, 2003-2011-ci illərdə Azərbaycan Bakı-Tbilisi-Ceyhan Limited Şirkətinin icraçı direktoru, 2011-2021-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsinin rəis müavini, 2022-2023-cü illərdə SOCAR Upstream Management İnternational MMC-nin icraçı direktor müavini və 2023-cü ildə “Beteko Qrup” QSC-nin müşaviri vəzifələrində işləyib.
19 sentyabr 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Ailəlidir, 2 övladı var.
Əlaqə vasitələri
Son yenilənmə tarixi: 28.10.2025