Azərbaycanın florası
Azərbaycan flora növlərinin ümumi sayına görə Cənubi Qafqazın ən zəngin ölkəsidir. Burada rast gəlinən bitki növləri Cənubi Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir. Azərbaycanda yayılmış 4500 ali bitki növündən 240 növü Azərbaycan (ümumi floranın 6%-nə qədəri), 920 növü isə Qafqaz üçün endem növlərdir.

Endemik növlər yerləşdiyi regionun ekoloji şəraitinə uyğunlaşaraq, həmin ərazi üçün səciyyəvi olan və dünyanın başqa yerində yayılma ehtimalı olmayan bitki növləridir. Endemik bitkilər azsaylı olub, məhdud areala sahibdirlər. Bu növlərin çoxu nadir və nəsli kəsilməkdə olan növlər kimi Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil ediliblər. Qarabağ dağ laləsi, Eldar şamı, Bakı gəvəni, Azərbaycan itburnu və s. endemik bitkilərdir.
Respublikamızın təbiəti Üçüncü dövrə aid olan relikt (qədim) cinslərlə də zəngindir ki, bunların nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonasında daha çox rast gəlinir. Relikt növlərə dəmirağac, Lənkəran akasyası, şabalıdyarpaq palıd, Hirkan bigəvəri, Hirkan şümşadı və s. misal göstərmək olar.