Biomüxtəliflik

Sənaye və həvəskar balıq ovu ilə bağlı ümumi qaydalar.

Fiziki və hüquqi şəxslərin nəzərinə:
Xəzər dənizi və daxili sularda sənaye balıq ovu ilə məşğul olmaq istəyən şəxslər balıqovlama bileti əsasında qanunvericilikdə nəzərdə tutulan ov alətlərindən istifadə etməklə vətəgə ölçüsünə çatmış balıqları ovlaya bilərlər. Sənaye balıq ovu ilə məşğul olmaq istəyən fiziki və hüquqi şəxslər balıqovlama biletini əldə etmək üçün 5 saylı “ASAN” xidmət mərkəzinə aşağıda göstərilən sənədlərlə müraciət etməlidir:

- Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları” ilə müəyyən edilmiş ərizə;
- ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
- ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin və VÖEN-nin surəti;
- sifariş verilmiş kvotanın briqadalar və ya manqalar arasında bölgüsü;
- mülkiyyətində və icarəsində olan gəmilərə (qayıqlara) ərizəçinin mülkiyyət və ya istifadə hüquqlarını təsdiq edən sənədin notariat qaydada təsdiq edilmiş surəti.

İlkin mərhələdə sənədlər qeydiyyata alınır, daha sonra dövlət rüsumunu ödəyən fiziki və hüquqi şəxslərə balıqovlama bileti verilir.

Balıq və digər su bioresursları ovunun Qaydaları”nın 1 nömrəli əlavəsi ilə sənaye ovunun bütün şərtləri müəyyən edilmişdir. Sənaye ovu bu şərtlərlə müəyyən edilmiş su obyektlərində, orada göstərilən ov alətləri və müddətlərdə həyata keçirilə bilər. Bu barədə daha ətraflı məlumat üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları” ilə tanış ola bilərsiniz.

Həvəskar balıq ovun üçün balıqovlama bileti tələb olunmur və ancaq tilov vasitəsilə həyat keçirilir. Gün ərzində çəkisi 5 kq-a dək balıq,10 ədəddən çox olmayan xərçəng və çəkisi 0,5 kq-dan artıq olmayan krevet və digər onurğasızların ovuna icazə verilir. Qaydalara əsasən balıq ovu zamanı sintetik saplı və tək saplı torlardan hazırlanmış torlardan istifadə qadağandır.

Qanunvericiliyə əsasən ”Qırmızı Kitab”a daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız onların populyasiyasının vəziyyətinə monitorinqin həyata keçirilməsi, süni artırılmasının və iqlimləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə icazə verilir. Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Balıq ovu

Ərizə forması

Balıq ovuna kvota ayrılması üçün ərizə forması

40 KB

Ərizə forması

Balıq və digər su bioresurslarının ovu üçün balıqovlama biletlərinin verilməsi barədə

86 KB

Bilet forması

Balıq ovu üçün balıqovlama bileti forması

44 KB

Akt formaları

Balıq və digər su bioresurslarının ovu barədə akt formaları

55.50 KB

Hesabat forması

Sənaye ovuna dair hesabat forması

105.50 KB

Akvakultura

Müraciət forması

Akvakulturanın həyata keçirilməsi üçün müraciət forması

34.50 KB

Təsnifat

Akvakulturanın təsnifatı

362 KB

Əsaslandırma forması

Akvakultura üçün bioloji və texnoloji əsaslandırmanın forması

97.50 KB

Sadələşdirilmiş əsaslandırma forması

Akvakultura üçün sadələşdirilmiş əsaslandırmanın forması

62.50 KB

Uçot forması

Balıqçılıq subyektlərinin uçotunun forması

36.50 KB

Uçota alınmış balıqçılıq subyektləri haqqında məlumatlar

2020-ci ildə balıq və digər su bioresurslarının ovu ilə bağlı

95.97 KB