Mineral sular

Əhalinin sağlamlığında müalicə əhəmiyyətinə görə özünəməxsus yeri olan mineral su yataqları 200 qrupda cəmlənmiş, onların 1000-dən çox təbii çıxışları qeydə alınmışdır. Lakin cəmi 30 mineral qrup su yatağında tam geoloji-kəşfiyyat işləri aparılmış və istismar ehtiyatları təsdiq edilmişdir.

Çox qiymətli mineral sular, xiisusilə, Naxçıvan MR ərazisində geniş yayılmişdır. Təsadufi deyildir ki, Naxçıvan "Mineral suların təbii muzeyi" adlandırılır. Bu ərazidə dünyada məlum olan mineral suların əksəriyyətinin analoquna rast gəlmək olar. Muxtar Respublikanın ərazisində müalicə-içməli sular kimi mineral suların istismar ehtiyatları

Şahbuz rayonunda Badamlı (Narzan tipli) gündə 690 min litr, Babək rayonunda Sirab (Barjomi tipli) - 178 min litr və (Narzan tipli) - 1468 min litr, Vayxir (Pyatiqorsk tipli) - 270 min litr, balneoloji təyinatlı Mineqorsk tipli Darıdağ - 4507 min litr miqdarında təsdiq edilmişdir.

Lakin Naxçıvan MR ərazisində bu və ya digər mineral su yataqlarının istismar və proqnoz ehtiyatları bu rəqəmlərdən dəfələrlə yüksəkdir.

Kəlbəcər rayonunda məhşur "Karlovı Varı" tipli mineral su yatağının analoqu olan Yuxarı Istisu sularının istismar ehtiyatı gündə 82 min litr, Aşagi Istisu - 260 min litr, Qoturlu - 70 min litr, Tutğun - 600 min litr təsdiq edilmişdir.

Mineral suların bazasında əvvəllər burada sanatoriya-kurort kompleksi, mineral su zavodu fəaliyyət göstərirdi. Kəlbəcər rayonunun mineral sularının istismar və proqnoz ehtiyatları yuxarıda göstərilən rəqəmlərdən dəfələrlə çoxdur. Ermənistan tərəfindən hazırda Kəlbəcərin mineral sularının boyuk miqyasda xarici ölkələrə ixracı təşkil edilmişdir.

Dəvəçi rayonunda "Naftusiya" mineral suyunun analoqu olan "Qalaaltı" mineral su yataqlarının istismar ehtiyatları gündə 154 min litr həcmində təsdiq edilmişdir.

Xaçmaz rayonunda "Nabran" (ehtiyatı 29,9 min l/gun), Şamaxı rayonunda "Çuxuryurd" (140 min l/gün), Çağan (252 min l/gün), Qax rayonunda "Ilisu" (284 min l/gün),

Lənkəran rayonunda "Meşəsu" (550 min litr/gün) və "Ibadsu" (550 min litr/gün) termal suları bir çox xəstəliklərin (dəri-zöhrəvi, ürək-damar sistemi və s.) müalicəsində istifadə edilir.

Abseron yarımadasında Suraxanı mineral suları (istismar ehtiyatları 510 min l/gün), Mərdəkan (620 min l/gün), Buzovna (80 min l/gün), Bilgə (280 min l/gün), Pirşağı (35 min l/gün), Şıxov (150 min l/gün) geniş istifadə üçün perspektivli sayılırlar. Lerik rayonunda "Bülüdül" mineral sularının istismar ehtiyatları 86,4 min l/gün, Qazaxda - "Salahlı" 10,8 min l/gün, Aşağı Salahlı - 21,6 min l/gün, Əskipara - 5,4 min l/gün, Əzizbəyli - 2,7 min l/gün, Tovuz rayonunda Şamlıq - 2,7 min l/gün, Kazimli - 10,8 min l/gün, Kəndalar - 43 min l/gün, Şınıx - 8064 min l/gün, Gədəbəydə Qizilca - 86,4 min l/gün,  Slavyanka - 21,6 min l/gün, Qalakənd - 108 min l/gün, Çayqarışığı - 216 min l/gün, Şəmkir - 43,2 min l/gün, Daşkəsəndə Yuxarı Daşkəsən - 4,3 min l/gün, Aşagi Daskəsən - 5,4 min l/gün, Alaxançallı - 108 min l/gün, Qabıqtala - 4,3 min l/gün səviyyəsində qiymətləndirilir.
 
Faktiki olaraq bu suların istismar ehtiyatları dəfələrlə çoxdur və onlar çox qiymətli təbii sərvət kimi xalqın istifadəsinə verilməlidir. 

SƏNAYE ƏHƏMIYYƏTLI SULAR

Sənaye ehtiyatları təsdiq edilmiş yodlu-bromlu su yataqları uzun illər ərzində istismar edilərək respublika iqtisadiyyatında önəmli rol oynamışdır. 

Respublika üzrə 5 yodlu-bromlu su yatağının (Xıllı, Babazənən, Mişovdağ, Binə-Hövsan və Neftçala) ümumi sənaye ehtiyatları - 229,5 min m3/gün təşkil edir, o cümlədən Xıllı yatağı üzrə 47,7 min m3/gün, Babazənən - 50,1 min m3/gün, Mişovdağ - 28,5 min m3/gün, Binə-Hövsan - 51,2 min m3/gün, Neftçala - 52 min m3/gün.

Binə-Hövsan və Neftçala yataqları 1995-ci ilə qədər istismar edilmişdir.

Bu yataqların lay sularının tərkibində 40 mq/l-ə qədər yod, 60-80 mq/l-ə qədər brom və digər kimyəvi komponentlər vardır.

Təkcə yeni Neftçala zavodunda ildə 800 t yod, 3000 t brom alınması nəzərdə tutulmuşdur. Hazırda Iqtisadi Inkişaf Nazirliyi tərəfindən bu zavodun bərpa olunması üçün tədbirlər görülür.

Bu yataqların istismar edilməsi üçün ekoloji tələblərə cavab verən, ətraf mühitin, o cümlədən Xəzər hövzəsinin çirklənməsinə yol verməyən qabaqcıl texnologiyanın tətbiq edilməsinə böyük ehtiyac vardır. Əvvəlki illərdə olduğu kimi yeraltı sulardan bor, kalium, stronsium, litium elementlərinin sənaye tullantısı kimi atılmasına yol verilməməli və bu elemenlərin tam və kompleks şəkildə çıxarılması təmin olunmalıdır. Yod güclü radiasiyaya məruz qalmış insanları müalicə etmək üçün ən təsirli vasitələrədən biridir. Çernobıl qəzasında 10 minlərlə adam məhz Bakı zavodunda istehsal olunan yodun təsiri ilə şəfa tapmışdır. Son illərə qədər Binə-Hövsan yatağının bazasında fəaliyyət göstərən Bakı yod zavodunda texniki yod, kalium-yod (ağ yod) və kristallik yod istehsal olunmuşdur.