Kitabxana

Dövlət Geoloji  İnformasiya  Fondunun
Kitabxanasından istifadə 
QAYDALARI
 
  1. Oxucular Dövlət Geoloji İnformasiya Fonduna rəsmi müraciət etməklə (dgif@eco.gov.az) kitabxana fondundakı kitab və ya başqa sənədlərdən istifadə edə bilərlər.
  2. Kitabxanaya üzv olmaq üçün oxucular şəxsiyyət vəsiqələri ilə birlikdə Dövlət Geoloji İnformasiya Fondunun Kitabxanasına yaxınlaşmalıdır.
  3. Kitabxanaya üzv olan abunəçilər 1 ay müddətində 5–10 nüsxə kitab və başqa sənəd götürə bilərlər. Lakin dövrü və davamiyyətli nəşrlər 15 gündən artıq olmamaq şərti ilə Həmin nəşrlərə tələb olmadığı halda abunəçinin istəyi ilə onların verilmə müddəti uzadıla bilər.
  4. Oxucu zalında verilən sənədlərin sayı məhdudlaşdırılmır.
  5. Nadir nəşr, albom, atlas, sorğu kitabçası, lüğət və ensiklopediyalardan ancaq oxucu zalında istifadə etməyə icazə verilir.
  6. Oxucular kitablar və başqa sənədlərlə ehtiyyatla davranmalı, onları vaxtında qaytarmalıdırlar. Kitabların cildi və ya səhifələri üzərində qeydlər etmək, vərəqləri cırmaq və ya qatlamaq qəti qadağandır.
  7. Hər bir götürülən nüsxə üçün abunəçi oxucu formulyarında imza atmalıdır. Kitablar qaytarılan zaman kitabxananın məsul işçisi oxucu formulyarını imzalayır, oxucunun kitabı götürdüyü və qaytardığı vaxtı qeyd edir.
  8. Kitabxana fondundakı kitab və ya sənəd itirildikdə və ya ona əvəzedilməz ziyan dəydikdə oxucu eyni adlı kitabın və ya sənədin yeni nüsxəsini və ya itirdiyi kitabın mövzusuna aid axırıncı 10 ildə çap olunan kitabı qaytarmalıdır.
  9. Ümumi qaydalara riayət etməyən oxucular kitabxanadan istifadə etmək hüququndan məhrum edilirlər.
 
 
Ünvan: Bakı şəhəri, K.Kazımzadə küç., 100 (A)  AZ1073
İş saatı: 09:00-18:00
Əlaqə: (012) 497-58-36

Kitabların kateqoriyalar üzrə siyahısı

Ekologiya

50.50 KB

Faydalı qazıntılar

295 KB

Dağ işləri

105 KB

Kristalloqrafiya

61 KB

Geodeziya

124.50 KB

Geoloji üsulların kəşfi

308.50 KB

Paleontologiya

127.50 KB

Hidrogeologiya

344.50 KB

Mineralogiya

268 KB

Geokimya

143 KB

Geologiya

51.12 KB

Geofizika

153 KB