Vakansiyalar


Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə işə qəbul qaydaları


1. Dövlət qulluğunun inzibati vəzifələri üzrə qulluğa qəbul

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatında və strukturuna daxil olan tabeli qurumlarında dövlət qulluğunun inzibati vəzifələri üzrə qulluğa qəbul “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Belə ki, dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın 2-ci bəndinə uyğun olaraq vakant vəzifələrin müsahibə elanına verilməsi ilə bağlı prossedur qaydalara əməl edilməklə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında (www.dim.gov.az) müsahibə elanına çıxarılır.

Dövlət qulluğunun inzibati vəzifəsinə qulluğa qəbul olmaq istəyən şəxslər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan müsabiqə mərhələsində iştirak edərək inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” əldə etməli və sözügedən Mərkəzin saytında müsabiqə üzrə müsahibə elanına çıxarılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatında və strukturuna daxil olan tabeli qurumlarında dövlət qulluğunun vakant inzibati vəzifələri üzrə təhsilinə və sertifikatına uyğun olanı seçərək müsahibədə iştirak etməlidir.

Həmçinin dövlət qulluğunda və ya dövlət qulluğunun xüsusi növündə 5 il qulluq stajı olan şəxslər və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.12-ci maddəsinin 3-cü hissəsindəki (dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər, dövlət orqanlarında (qurumlarında) siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində iştirak edirlər.) tələbləri ödəyən şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatında və strukturuna daxil olan tabeli qurumlarında dövlət qulluğunun inzibati vəzifələrinə qəbul olmaq üçün ümumi müsahibədə iştirak edə bilərlər.

2. Qeyri dövlət qulluğuna qəbul

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeli qurumlarında vakant vəzifələrə işə qəbul hər bir tabeli qurumun rəhbərliyi tərəfindən təsdiq edilmiş “İşə qəbul qaydaları” əsasında həyata keçirilir. İşə qəbul olmaq istəyən şəxs ərizə ilə müvafiq quruma müraciət etməli və qurum tərəfindən təşkil olunan müsahibələrdə iştirak etməlidir.

Eyni zamanada Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeli qurumlarında vakansiya yarandıqda vakant vəzifə barədə məlumatlar mütəmadi olaraq məşğulluq mərkəzlərinə təqdim edilir.