FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
- Hidrometeroloji müşahidələrin təşkilini, aparılmasını, proqnozlar və xəbərdarlıqların hazırlanmasını və yayımlanmasını təmin etmək;
- Azərbaycan Respublikası ərazisinin, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin hirometeoroloji rejiminin və iqlim xüsusuiyyətlərinin öyrənilməsini həyata keçirmək;
- Azərbaycan Respublikasının ərazisində, atmosferin yüksək təbəqələri də daxil olmaqla hidrometeoroloji hadisələr və prosesləri öyrənmək, təhlil etmək və proqnozlaşdırmaq;
- Hidrometeorologiyanın inkişaf etdirilməsi istiqamətində proqram və layihələr hazırlamaq;
- Hidrometeoroloji və digər geofiziki proseslərdən əhaliyə və iqtisadiyyata dəyə biləcək mümkün ziyanın azaldılması və tənzimlənməsi məqsədi ilə bu proseslərə aktiv təsir işlərini həyata keçirmək;
- Dövlət sirri təşkil edən məlumatları, o cümlədən fəaliyyəti ilə əlaqədar məlum olan kommersiya sirlərini yaymamaq;
- Nazirlik tərəfindən ona həvalə edilmiş qanunvericiliyə uyğun digər vəzifələri yerinə yetirmək.