Konvensiyalar və protokollar
YUNESKO-nun “Ümumdünya Mədəni və Təbii İrsin Qorunması Haqqında” Konvensiya; (16 noyabr 1972-ci il). Azərbaycan Respublikası bu Konvensiyaya 6 dekabr 1993-cü ildə qoşulmuşdur.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Kioto Protokolu, 1992-ci il). Azərbaycan Respublikası bu Konvensiyaya 1995-ci ildə, 18 iyul 2000-ci ildə isə Konvensiyaya əlavə olunan Kioto Protokoluna qoşulmuşdur.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişi ( 2015-ci il dekabr ayının 12-də Parisdə qəbul edilmişdir). Azərbaycan Respublikası bu Sazişə 28 oktyabr 2016-cı ildə qoşulmuşdur.
Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyası - 03.10.1993
“Beynəlxalq Mülki Aviasıya Haqqında” Konvensiyanın Aviameteoroloji Təminata Dair 3 Nömrəli Əlavəsi - 14.07.1992
“Kökünün Kəsilməsi Təhlükəsi Olan Vəhşi Fauna və Yabanı Flora Növlərinin Beynəlxalq Ticarəti Haqqında” Konvensiya (CITES) (Vaşinqton şəhəri, 3 mart 1973-cü il). Azərbaycan Respublikası bu Konvensiyaya 23 iyun 1998-ci ildə qoşulmuşdur.
“Transsərhəd Kontekstində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Haqqında” Konvensiya (Espo Konvensiyası) (Espo şəhəri, 25 fevral 1991-ci il). Azərbaycan Respublikası bu Konvensiyaya 1 fevral 1999-cu ildə qoşulmuşdur.
“Avropanın Canlı Təbiətinin və Təbii Mühitinin Qorunması Haqqında” Avropa Konvensiyası (Bern Konvensiyası) (Bern, 19 sentyabr 1979-cu il). Azərbaycan Respublikası bu Konvensiyaya 28 oktyabr 1999-cu ildə qoşulmuşdur.
BMT-nin Avropa İqtisadi Konvensiyasının "Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında" Konvensiyası (Orxus Konvensiyası) (Orxus şəhəri, 25 iyun 1998-ci il). Azərbaycan Respublikası bu Konvensiyaya 9 noyabr 1999-cu ildə qoşulmuşdur.
"Ozon Qatını Dağıdan Maddələr Üzrə” Montreal Protokolu (15-17 sentyabr, 1997-ci il) Azərbaycan Respublikası bu Protokola 18 iyul 2000-ci ildə qoşulmuşdur.
BMT-nin “Bioloji Müxtəliflik Haqqında” Konvensiyası (5 iyun 1992-ci il). Azərbaycan Respublikası bu Konvensiyaya 14 mart 2000-ci ildə qoşulmuşdur.
“Bioloji Müxtəliflik Haqqında” Konvensiyaya Biotəhlükəsizliyə Dair Kartagena Protokolu. Azərbaycan Respublikası bu Protokola 23 mart 2005-ci ildə qoşulmuşdur.
BMT-nin Avropa İqtisadi Komissiyasının "Sərhəddən Keçən Su Axınlarının və Beynəlxalq Göllərin Mühafizəsi və İstifadəsi Üzrə" Konvensiyası (Helsinki şəhəri, 17 mart 1992-ci il), Azərbaycan Respublikası bu Konvensiyaya 14 mart 2000-ci ildə, “Su və sağlamlıq haqqında" 1999-cu il 17 iyun tarixli Protokoluna isə 22 oktyabr 2002-ci ildə qoşulmuşdur.
YUNESKO-nun "Əsasən Su Quşlarının Yaşama Yerləri Kimi Beynəlxalq Əhəmiyyətli Olan Sulu-Bataqlıq Yerlər Haqqında" Konvensiyası (Ramsar Konvensiyası) (Ramsar şəhəri, 2 fevral 1971-ci il). Azərbaycan Respublikası bu Konvensiyaya 18 iyul 2000-ci ildə qoşulmuşdur.
BMT-nin Avropa İqtisadi Komissiyasının “Təhlükəli Tullantıların Sərhədlərarası Daşınmasına və Kənarlaşdırılmasına Nəzarət Haqqında” Bazel Konvensiyası (Bazel şəhəri, 22 mart 1989-cu il) - Azərbaycan Respublikası bu Konvensiyaya 16 fevral 2001-ci ildə qoşulmuşdur.
“Davamlı Üzvi Çirkləndiricilər Haqqında" Stokholm Konvensiyası (22 may 2001-ci il). Azərbaycan Respublikası bu Konvensiyaya 9 dekabr 2003-cü ildə qoşulmuşdur.
"Böyük Məsafələrdə Havanın Transsərhəd Çirkləndirilməsi Haqqında" Konvensiya (Cenevrə şəhəri, 13 noyabr 1979-cu il). Azərbaycan Respublikası bu Konvensiyaya 9 aprel 2002-ci ildə qoşulmuşdur.
BMT-nin Avropa İqtisadi Komissiyasının "Sənaye Qəzalarının Transsərhəd Təsiri Haqqında" Konvensiya (Helsinki şəhəri, 17 mart 1992-ci il). Azərbaycan Respublikası bu Konvensiyaya 4 may 2004-cü ildə qoşulmuşdur.
"Xəzər Dənizinin Dəniz Ətraf Mühitinin Mühafizəsi Haqqında" Çərçivə Konvensiyası (Tehran şəhəri, 4 noyabr 2003-cü il). Azərbaycan Respublikası bu Konvensiyaya 4 aprel 2006-cı ildə qoşulmuşdur. 2012 -ci ildə Tehran Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu və 2014 -cü ildə Tehran Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında Protokoluna qoşulmuşdur.
“Avropa Landşaft Konvensıyası” (2000-ci il oktyabrın 20-də Florensiya şəhərində imzalanmışdır). Azərbaycan Respublikası bu Konvensiyaya 24 iyun 2011-ci ildə qoşulmuşdur.
BMT-nin Ciddi quraqlıq və/və yaxud səhralaşma baş verən ölkələrdə, xüsusilə də Afrikada səhralaşma ilə mübarizə üzrə Konvensiyası, Azərbaycan Respublikası bu Konvensiyaya 24 aprel 1998-ci il qoşulmuşdur.