Buzlaqlar
Azərbaycan ərazisində buzlaqlar Böyük Qafqazın şimal-şərq yamacında, Qusarçayın hövzəsində mövcuddur. Burada buzlaqlar qar xəttinin yüksək olduğu və onların əmələ gəlib saxlanılması üçün əlverişli şəraiti olan ayrı-ayrı zirvələrdə və həmin zirvələrin yamaclarında saxlanılmışdır. Morfoloji tipinə görə Respublikanın dağ buzlaqları iki əsas tipə bölünürlər:
- Dağ yamaclarının buzlaqları (kar, asılı kar, asılı buzlaqlar)
- Dağ zirvələrinin buzlaqları (yastı zirvə buzlaqları)
Birinci tip buzlaqlar Baş Qafqaz silsiləsinin Bazardüzü, Bazaryurd, Tufan və başqa zirvələrinin yamaclarında , ikinci tip buzlaqlar isə Yan silsiləsinin Şahdağ zirvəsində müşahidə olunur.
Tufandağ buzlaqlarının görünüşü