Hidrometeorologiya

Məlumat Mübadilələri

Milli Hidrometeorologiya Xidməti Ümumdünya Meteorologiya Təşkilatına (WMO) əvvəlcədən razılaşdırılmış meteoroloji stansiyaların gündəlik müşahidə məlumatlarını, aylıq iqlim xarakteristikasını və radar məlumatları ötürür.

Beynəlxalq yayımla yanaşı ölkə daxilində müxtəlif təşkilatlara sinoptik məlumatlar ötürülür. Regional yayımla qəbul edilən sinoptik xəritələr gündəlik olaraq Müdafiə Nazirliyinə, Naxçıvan ərazi hidrometeorologiya idarəsinə ötürülür. Xəzər Dəniz Gəmiçilik İdarəsinə Xəzər ətrafı rayonlar üzrə yarım sutkalıq, sutkalıq və 2 sutkalıq proqnozlar, xəbərdarlıq və xəbərdarlığın ləğvi məlumatları ötürülür. Respublikanın rayonları, Bakı və Abşeron yarımadası üzrə verilən xəbərdarlıqlar və onların ləğvi haqqında məlumatlar Dəmir yolu, Baku Bus, Azenerji, Bakı İcra Hakimiyyəti, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə və digər təşkilatlara ötürülür.