Metrologiya və Standartlaşdırma Mərkəzi
Metrologiya və Standartlaşdirma Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2002-ci il 30 dekabr 2632/ü nömrəli Əmri əsasında yaradılmışdır.
Mərkəzin əsas vəzifəsi Nazirliyin fəaliyyət sahələrində istifadə olunan öıçü cihazlarının mütəmadi olaraq attestasiyasının keçirilməsi, yoxlanılması, etalon cihazlarla tutuşdurulması və eləcə də təmiri, yeni alınmış etalon cihazların Azərbaycan Respubıikasının Dövlət reyestirinə salınmasından ibarətdir.
Mərkəz, regional hidrometeorologiya müəssisələrinin stansiyalarında quraşdırılmış Avtomat stansiyaların kolibrasiyası (təzyiq, temperatur və rütubət) işlərini həyata keçirir.
Mərkəzdə dörd şöbə fəaliyyət göstərir: Metrologiya və standartlaşdırma şöbəsı, Ölçü, yoxlama və kalibrlənmə laboratoriyası, Təmir-quraşdirma şöbəsi və Təcürbə-sınaq emalatxanası.
Metrologiya və standartlaşdırma şöbəsi - Milli Hidrometeorologiya Departamenti, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti, Milli Geoloji Kışfiyyat Xidmətı və Xəzər kompleks Ekoloji Monitorinq İdarəsinin texniki-metroloji pasportlarının ilbəil yenilənməsini təmin edir, yeni alınmiş cihaz və avadanliqların pasportlarını Azərbaycan dılınə tərcümə edir, istifadə olunan etalon cihazları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsində hər il yoxlamadan keçirir, İSO-nun qəbul etdiyi yeni standartları internet vasitəslə izləyir və lazım olduqda onları tərcümə edərək istifadə edir.Yeni qəbul edilmiş qaydalarla bütün regional müəssələr internet vasitəci ilə məlumatlandirir.
Ölçü, Yoxlama və Kalibrlənmə laboratoriyası - Milli Hidrometeorologiya Departamenti Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti, Milli Geoloji Kışfiyyat xidmətı və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsində istifadə olunan cihaz və avadanlıqların (təzyiq, temperatur, rütubət, yağıntı) etalon cıhazlar vasitəsi ilə yoxlanılmasını təmin edir, səhadətnamələrin və bildirişlərin verilməsi işlərini yerinə yetirir.
Təmir-quraşdirma şöbəsi - Nazirliyin qurumlarında təmirə ehtiyaci olan bəzi cihaz və avadanlıqların təmiri və quraşdirılması işlərini icra edir.
Təcürbə-sınaq emalatxanasi - yeni alınmış cihazların sınaqdan keçirilməsini təmin edir.