Hidrometeoroloji Müşahidə Sistemlərində İnnovasiyaların Tətbiqi Mərkəzi
Müasir kompüter, informasiya texnologiyaları və radioelektronika sahəsində yeniliklərin tətbiqi, müşahidələrin keyfiyyətinin yüksəldilməsi, Milli Hidrometeorologiya Departamentinin müşahidə sistemində quraşdırılmış avtomat meteoroloji stansiyaların normal işini təmini, müvafiq məlumatların istifadəçilərə ötürülməsi sisteminin qurulması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 068/ü saylı 08 fevral 2011-ci il tarixli Əmri ilə Meteoroloji Müşahidə Sistemlərində İnnovasiyaların Tətbiqi Mərkəzi yaradılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 489/ü saylı 03 avqust 2012-ci il tarixli Əmri ilə Meteoroloji Müşahidə Sistemlərində İnnovasiyaların Tətbiqi Mərkəzinin adı dəyişdirilərək Hidrometeoroloji Müşahidə Sistemlərində İnnovasiyaların Tətbiqi Mərkəzi olmuşdur. Mərkəz informasiya texnologiyaları, hidrometeoroloji müşahidə sistemlərində innovasiyaların tətbiqi, avtomat meteoroloji stansiyaların qurulması və onlarin operativ təmiri, məsafədən idarə olunan birbaşa onlayn videogörüntü sistemlərinin quraşdırılması və s. işlərin həyata keçirilməsi məqsədi ilə yaradılmışdır.