Hidrometeorologiya

İQLİM DƏYİŞMƏLƏRİ
Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsasını istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələr təşkil edir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq qızma 2000 metr dərinliyə qədər çatır. Bu da isti axınların daha da qızmasına səbəb olur. Yəni bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir.
Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artmışdır. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artmışdır.
Azərbaycanda İqlim Dəyişmələri üzrə milli səviyyədə fəaliyyətlər
Azərbaycan Respublikası Milli Məclisi BMT-nin İqlim Dəyişmələri üzrə  Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulmuşdur. Ölkəmiz İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1 qrupuna daxil olmayan tam hüquqlu tərəf kimi İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası qarşısında istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yeniləndirilməsi, milli məlumatlarin hazırlanması kimi öhdəliklər götürmüşdü və bu öhdəliklər sistemli şəkildə yerinə yetirilmişdir. Azərbaycan Respublikası  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan  Paris Sazişini  22 aprel 2016-cı ildə  imzalamış və həmin ilin oktyabr ayında ratifikasiya etmişdir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına özünün Nəzərdə Tutulan Milli səviyyədə müəyyən edilmiş Töhfələrində qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi götürmüşdür.
Aqroiqlim  xüsusiyyətləri
İqlim ehtiyyatlarından kənd təsərrüfatı istehsalında səmərəli istifadə məsələsi ərzaq problemini həll etmək üçün  qarşıya qoyulmuş mühüm vəzifələrdən biridir. Onu həyata keçirmək üçün  ərazimizin xüsusiyyətlərini dərindən öyrənmək, kənd təsərrüfatının  daha səmərəli və sürətli inkişafını təmin edən potensial imkanları aşkara çıxarmaq tələb olunur.
Ümumiyyətlə Azərbaycan dağlıq ölkədir.  Ona görədə təbii amillərin məkan-zaman bölgüsü, iqlimin ayrı-ayrı ünsürlərinin kəmiyyət əlaqələri,aqroiqlim göstəricilərinin hündürlükdən, girintili-çıxıntılı relyef şəraitindən, yamacların ekspozisiyasından asılı olaraq paylanmasının öyrənilməsi böyük elmi və praktiki əhəmiyyət kəsb edir.  Azərbaycan ərazisi  cənub-en dairələrində  yerləşdiyi üçün  böyük miqdarda  günəş işığı və istisi alır. Kür-Araz ovalığında günəş işıqlandırmasının davamiyyəti  il ərzində 2200-2400  saat,   FFR-in (foto-sintetik fəal radiasiya) illik kəmiyyəti  isə 64  kkal/cm2-dən çox olur.  Bu göstəricilərin maksimum qiyməti  Arzaboyu düzənlikdə  müşahidə olunur (müvafiq olaraq 2800 saatdan və 76 kkal/cm2-dən çox). Ərazidə günəş enerjisininin illik gedişi  də yaxşı ifadə olunmuşdur.  İyuldan sentyabradək  respublikanın  düzənlik rayonları  tropik zonada  ( 150 şimal en dairəsi)  olduğu qədər, qışda isə  Sank-Peterburq  enliyindəkindən iki dəfə çox çox günəş enerjisi alır.
Günəş enerjisinin ən çox toplandığı bir dövrdə (aprel-oktyabr) ümumi FFR Kür-Ara ovalığında 50-54kkal/sm2 , Naxçıvan Muxtar Respublikasının düzən hissələrində isə 59-60kkal/sm2-dir.
Yayda işıqlanma şəraiti şərq yamaclarda qərb yamaclara nisbətən yaxşı olur. Belə ki, günün ikinci yarısında qərb yamaclar daha çox radiasiya almalı olduğu halda, tez-tez baş verən konvektiv hərəkətlər nəticəsində buludluluq əmələ gəlir, işıqlanma şəraiti zəifləyir və Günəş radiasiyasının gərginliyi azalır. Xüsusi ölçmə işləri göstərmişdir ki, Kiçik Qafqazda səpələnən radiasiyanın gündəlik cəmi buludsuz havada şərq yamaclarda qərb yamaclara nisbətən 30° bucaq altında -8, 40° bucaq altında isə, -12kkal/sm2 çox olur. Müxtəlif səmtli yamaclarda şaxtavurma hadisələrinə görə də bir-birindən fərqlənir. Bitkilər şərq yamaclarda qalan yamacalara nisbətən şaxtadan daha çox zərər çəkirlər. Yüksəkliyə doğru Günəş radiasiyasının qızdırma effekti artdığına görə bitkilər dağlarda fazalararası dövrdə düzənliyə nisbətən daha az temperatur cəmi tələb edirlər. Mədəni bitkilərin dağ rayonlarına köçürülməsi işində bu effektin nəzərə alınmasının praktiki əhəmiyyəti var.
Ərazinin xeyli hissəsində yükək termik rejim, yağıntının az olması, bəzi yerlərdə isə çox qıtlığı səciyyəvidir. Demək olar ki, bütün Kür-Araz ovalığına, Abşeron yarımadasına və Arazboyu düzənliyə il ərzində cəmisi 110-350 mm yağıntı düşür. Bir qayda olaraq, dağlıq zonada yağıntıların miqdarı hündürlükdən asılı olaraq artır. Buna uyğun və havanın temperaturunun azalması ilə əlaqədar olaraq yağıntıların rütubətlənmədə rolu da artır. Ilk baxışda elə təsəvvür yaranır ki, yağıntıların ümumi miqdarı bir çox rayonlarda bitkinin rütubətə olan tələbatını ödəmək üçün kifayət qədərdir. Lakin, yağıntı miqdarının illik rejimi elədir ki, bitkinin intensiv inkişaf etdiyi və transpirasiyanın gücləndiyi bir dövrdə o rütubətlə kifayət qədər təmin olunmur.
Beynəlxalq   Sazişlər
Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına1995-ci ildə qoşulmuş  və Konvensiyanın Kioto Protokolunu  2000-ci ildə təsdiq edilmişdir.
Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən  ratifikasiya edilmiş və ölkə prezidenti tərəfindən imzalanmışdır.
Paris Sazişi  2016-cı ilin aprelində imzalanmış və 2016-cı il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunmuşdur. Paris Sazişinə əsasən Azərbaycan Respublikası Nəzərdə Tutulan Milli Səviyyədə Müəyyən edilmiş Töhfələrini   Konvensiya Katibliyinə təqdim etmiş  və qlobal iqlim  dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq  baza ili ilə(1990) müqayisədə 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35% azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürmüşdür. 
İqlim Dəyişmələrinin təsirinin azaldılması (mitiqasiya ) tədbirləri
Kioto Protokolu çərçivəsində Azərbaycan İEYQ emissiyalarının azalması ilə bağlı kəmiyyət öhdəlikləri götürməməsinə baxmayaraq son illərdə ölkədə bir sıra əhəmiyyətli tədbirlər yerinə yetirilmişdir ki, bunlara  az karbonlu, enerji səmərəliliyikli, bərpa olunan enerji və tullantıların effektiv idarə edilməsi texnologiyalarının tədbiq olunması, həmçinin meşə sahələrinin genişləndirilməsi və meşə sahələrin mühafizəsi üzrə atılan addımlar daxildir.
Azaldılma ilə  bağlı milli təşəbbüslərə əlavə olaraq, Azərbaycan müxtəlif layihələrin həyata keçirilməsi yolu ilə bir sıra beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq edir. Beləliklə, iqlim dəyişikliyinin azaldılması texnologiyası və bu sahədə potensialın yaradılması ilə bağlı 30-dan çox layihə həyata keçirilmişdir.
 
Həssaslığın  qiymətləndirilməsi və uyğunlaşma(adaptasiya) tədbirləri
Müxtəlif qiymətləndirmələrin nəticələri göstərir ki, kənd təsərrüfatı sektoru, su resursları sektoru, sahilyanı zonaları, enerji sektoru, meşə sektoru, turizm sektoru və səhiyyə sektoru Azərbaycanda iqlim dəyişikliyinə  həssasdır. İqlim dəyişikliyinə ən çox zəif olan sahələr kənd təsərrüfatı sektoru, su sektoru və sahiyanı zonalarıdır.
Adaptasiya məsələləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyanın Birinci,İkinci,Üçüncü Milli Məlumatlarına daxil edilmişdir  .
 
Müvafiq iqlim dəyişikliyi siyasəti və strategiyası
Azərbaycan artıq sosial, iqtisadi inkişafı və yoxsulluğun azaldılmasını ölkənin prioritetləri olaraq müəyyənləşdirmişdir. Ölkənin iqlim dəyişmələrinin təsirlərinin  azaldılması (mitiqasiya) və bu təsirlərə  uyğunlaşma(adaptasiya) strategiyaları uzunmüddətli aşağıdakı Dövlət Proqramlarında öz əksini tapır:
  • Alternativ və Bərpa olunan Enerji mənbələrindən  İstifadə olunması üzrə Dövlət Proqramı (2004)
  • Azərbaycan-2020-GƏLƏCƏYƏ BAXIŞ INKIŞAF KONSEPSIYASI
  • 2008-2015-Ci Illərdə Azərbaycan Respublikasinda Əhalinin Ərzaq Məhsullari Ilə Etibarli Təminatina Dair
  • Dövlət Proqrami(2008-2015)
  • Regionların Sosial-iqtisadi İnkişafına dair Dövlət Proqramı (2004, 2009,2014)
  • 2008-2015-ci illərdə Azərbaycan respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı (2008-2015)
  • Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair  dair strateji yol xəritəsi” , 2016
  • Davamlı İnkişaf məqsədlərinə nail olmaq üçün Respublika Prezidentinin  
6 Oktyabr 2016 –cı il tarixli Sərəncamı ilə Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası(NCCSD) yaradılmışdır