04 Yanvar 2024
Zəngin təbii landşafta, unikal ekosistemə malik olan milli parklarımız bayram günlərində ziyarətçiləri müxtəlif tədbirlərlə qarşılayıb.Ziyarətçilər Şahdağ və Abşeron Milli Parklarında quşları müşahidə, Göygöl Milli Parkının müxtəlif ekoturizm marşurtları boyunca gəzintilər, meşə və dəniz ekosisteminin qovuşduğu Samur-Yalama Milli Parkında isə açıq səma altında müxtəlif idman məşqləri ediblər.