Tələbələrə laboratoriya analizləri və onların əhəmiyyəti ilə bağlı təlim keçirilib
20 Fevral 2024, 18:05
“Azelab" MMC-nin mütəxəssisləri tərəfindən labaratoriya-təcrübə proqram çərçivəsində Bakı Neft-Energetika Kollecinin tələbələrinə laboratoriya analizləri və onların əhəmiyyəti ilə bağlı təlim keçirilib.
Tələbələr real iş mühitində su və torpaq nümunələrinin tərkibinin təyin olunması istiqamətində aparılan spektrometrik və titrimetrik analiz metodları ilə tanış olub, sadə ilkin analizlərin aparılmasında iştirak ediblər.
__________________________________________
Students were trained on laboratory analysis and their importance
Experts of "Azelab" LLC trained the students of Baku Oil-Energy College on laboratory analysis and their importance within the framework of the laboratory-experience program.
Students were introduced to the methods of spectrometric and titrimetric analysis conducted in the direction of determining the composition of water and soil samples, and they participated in conducting simple preliminary analyses.