Xəbərlər

Ötən həftə ölkənin meşə fondu ərazilərində 140 minə yaxın ağac əkilib

20 Fevral 2024, 10:30

Ölkə ərazisinin meşə fondu torpaqlarında ötən həftə ağacəkmə və meşəbərpa tədbirləri davam edib, yerli torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli ağac tingləri əkilib, toxumlar səpilib.

Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə həftə ərzində Göygöl, Samux, Qazax, Ağstafa, Tovuz, Sabirabad, Ağcabədi, Saatlı, Qobustan, Şabran, Siyəzən, Xaçmaz, İsmayıllı, Şəki, Zaqatala, Balakən, Qəbələ, Ağdaş, İmişli, Masallı, Lənkəran, Lerik və Astara rayonlarının meşə fondu torpaqlarında 139 385 ədəd müxtəlif cinsli ağac tingi əkilib, 2230 kq toxum səpilib.



Last week, about 140 thousand trees were planted in the forest areas of the country

Tree planting and reforestation activities continued last week in the forest lands of the country, different types of tree seedlings due to the local soil-climate conditions were planted and seeds were sown.

Head of Forestry Development Service Ramik Ashrafov said that during the week, 139,385 different tree saplings were planted in the forest areas of Goygol, Samukh, Gazakh, Aghstafa, Tovuz, Sabirabad, Aghjabadi, Saatli, Gobustan, Shabran, Siyazan, Khachmaz, Ismayilli, Shaki, Zagatala, Balakan, Gabala, Aghdash, Imishli, Masalli, Lankaran, Lerik and Astara regions with the participation of employees of Regional Forestry Centers, and 2230 kg of seeds were sown.