10 Yanvar 2024
Ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi yanvarın 10-u saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasıında 30-33 m/s, Şirvan, Beyləqan, Neftçalada 20 m/s, Yardımlı, Şəkidə 18 m/s, Mingəçevir, Şabran, Ağdamda 16 m/s-dək güclənib.
10 Yanvar 2024
Faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-u saat 00.00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yanvarın 09-u axşam saatlarından başlayaraq hava şəraiti dəyişib, şimal-qərb küləyi bəzi yerlərdə güclənib.
09 Yanvar 2024
11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar Azərbaycanın milli parklarında “açıq qapı” günü olacaq.
1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən qeyd olunur.
08 Yanvar 2024
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə məktəblilər də öz töhfəsini verir
”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 59 nömrəli tam orta məktəbin şagirdləri 7 kq işlənmiş batareya toplayaraq təhvil veriblər.
08 Yanvar 2024
Xidmət rəisi: Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 15-dək bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir
Dünyada son illərin meteoroloji tədqiqatları göstərir ki, son onilliklərdə qış fəslində soyuq günlərin sayı azalır, isti günlərin sayı isə artır. Ölkəmizdə şaxtalı, qarlı günlərin sayının azalması, qışın daha mülayim keçməsi müşahidə olunur. Çoxillik meteoroloji muşahidələrə görə son 10 ildə yanvar ayında havanın orta aylıq temperaturu iqlim normasindan 0.1-2.1 dərəcə yüksək olub. Lakin, bəzi illərdə bununla yanaşı, anomal soyuq proseslər də müşahidə olunur. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.