Xəbərlər

“Dayanıqlı gələcək üçün maarifləndirmə” devizi altında növbəti maarifləndirici görüş keçirilib

21 Fevral 2024, 13:40

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhəri 287 nömrəli Zəkalar liseyinin ibtidai sinif şagirdləri ilə “Dayanıqlı gələcək üçün maarifləndirmə” devizi altında görüş keçirilib.

Tədbir çərçivəsində uşaqlara ölkə ərazisində yerləşən xüsusi mühafizə olunan təbiət əraziləri, ölkənin biomüxtəlifliyi, həmçinin ölkəmizə xas balıq növləri, su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası və mühafizəsi ilə bağlı görülən işlər barədə məlumatlar verilib, şagirdlərin sualları cavablandırılıb.

Eyni zamanda, uşaqlara BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya, Azərbaycan və Türkiyədə dayanıqlı balıqçılıq və dəniz məhsullarının yetişdirilməsi və məhsuldarlığın artırılması (FISHCap) layihəsi çərçivəsində hazırlanan dərsdənkənar vəsait və məktəb ləvazimatları hədiyyə edilib.