Meşə fondu sahələri
Azərbaycan Respublikasının təbii coğrafi xüsusiyyətləri çox müxtəlifdir. Təbii şəraitdən və insanların tarixən apardığı təsərrüfat fəaliyyətindən asılı olaraq respublikamızın ayrı-ayrı reqionlarında müxtəlif tip meşələrə rast gəlinir. Habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri də mövcuddur.