Meşələr

Yabanı meyvə meşələri 

Meşə fondu ərazisində təbii bitən, yaxud süni yolla yaradılan və tərkibində təsərrüfat əhəmiyyətli miqdarda qiymətli meyvə, giləmeyvə və qərzəklilər olan meşələr, meşə-bağlar, bağlar və həmin cinslərin plantasiyaları nəzərdə tutulur.

Meşələrimizdə 1536 cinsə aid olan 150 növ yabanı meyvə bitkiləri mövcuddur. Bu bitkilər min tonlarla (adi qoz, alma, armud, zoğal, alça, əzgil, fındıq, xurma, yemişan, şabalıd və s.) yabanı meyvə məhsulu verir. Bu meyvələrdən 30%-i istismar əhəmiyyətli məhsullardır.