Meşələr

Meşə tipləri

Ancaq tərkibinə və başqa bitkilərinə, faunasına, meşəbitmə şəraitinə, yığımına (iqlim, torpaq, hidrologiya), bitki və mühitin bir-biri ilə əlaqəsinə, bərpasının gedişi və cinslərinin bir-birini əvəz etməsinə görə bir-birinə bənzəməyən, beləliklə də eyni şəraitdə eyni meşə təsərrüfatı tədbiri tələb edən meşə sahələrinə meşə tipi deyilir.

Enliyarpaq meşələr 

  • Fıstıq, vələs-fıstıq meşələri.
  • Palıd meşələri: Şərq palıdı, şabalıdyarpaqlı palıd, İberiya palıdı  və uzunsaplaq palıd;
  • Göyrüş-palıd meşələri;
  • Vələs meşələri;
  • Dəmirağac meşələri;
  • Qarışıq tərkibli mürəkkəb Hirkan meşələri;
  • Azat, palıd-azat meşələri;
  • Xirnik meşələri;
  • Ağcaqayınlıqlar: məxməri ağcaqayın və Trautvetter ağcaqayını;
  • Qızılağac meşələri: ürəkyarpaqlı və ziyilli qızılağac meşələri;
  • Yalanqoz və qızılağac-yalanqoz meşələri;
  • Şabalıd meşələri, Qarağac meşələri;
  • Qoz meşələri, Çinar meşələri, Turac meşələri( söyüd, qarağac- qovaq, qarağac-palıd);
  • İpək akasyası meşələri, Titrək qovaq meşələri;
  • Tozağacı meşələri.
 
İynəyarpaqlı meşələr:

  • Şam meşələri.
 
Seyrək arid meşələr:

  • Seyrək saqqızağacı meşələri;
  • Seyrək saqqızağacı-ardıc meşələri;
  • Seyrək ardıc meşələri;
  • Seyrək palıd meşələri (Araz və Gürcü palıdı);
  • Seyrək şam ardıc meşələri (Eldar şamı ilə);
  • Seyrək armud-yemişan meşələri;
  • Seyrək dağdağan meşələri;
  • Seyrək badam meşələri.