F L O R A S I
Milli Parkın ərazisində yerləşən Qafqaz dağları, dünyanın bioloji müxtəliflik baxımından ən zəngin və eyni zamanda təhlükə altında olan ekoloji bölgələrdən biridir. Avropa-Sibir Floristik Bölgəsinin "Kolşik" seqmentində yerləşən Qafqaz, Qərbi Avrasiyada olan üçüncü dövrə aid meşələrin ən əhəmiyyətli sığınacaq və relikt sahəsidir. Bura eyni zamanda üçüncü dövrdən qalan yarpaqlı meşələrin yerləşdiyi regiondur. Ən böyük təbii yaşlı meşə ekosistemləri burada mövcuddur.
Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) növ müxtəlifliyinin zənginliyi, endemizmin dərəcəsi və təbii yaşayış yerlərinin meyarı əsasında Qafqaz regionunu 200 Qlobal Ekoregionundan biri təyin etmişdir.
Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) növ müxtəlifliyinin zənginliyi, endemizmin dərəcəsi və təbii yaşayış yerlərinin meyarı əsasında Qafqaz regionunu 200 Qlobal Ekoregionundan biri təyin etmişdir.
Milli Parkın bitki örtüyü ümumiyyətlə palıd ilə xarakterizə olunur. Meşələr, əsasən iberiya və şərq palıdından, şərq fısdığından və Qafqaz vələsindən əmələ gəlmişdir. Milli Parkın çox böyük ərazini əhatə etməsi səbəbindən burada həm təmiz, həm də qarışıq meşələrə rast gəlinir. Meşələrdə qarışıq halda göyrüş, qaraçöhrə, ağcaqayın, söyüd, qoz, gilas, alma, armud kimi ağaclar, dəmirqara, əzgil, yemişan, böyürtkan, itburnu, zirinc kimi kol bitkiləri yayılmışdır.
Şahdağ Milli Parkında nadir və təhlükəyə məruz qalmış bitki növlərinin siyahısı:
Taxus baccata L. | Qubanın şərq hissəsi, Şamaxı-Çuxuryurd-Pirqulu, Qəbələ Həmzəli, Qəbələ- Ləzə, 1900 m.-ə kimi fıstıq-vələs meşələrində rast gəlinir. |
Pinus kochiana Klotzch ex C. Koch. | Qusar-Kuzun, d.s.1800-2000 m. Subalp çəmənliklərində rast gəlinir. |
Juniperus foetidissima Willd | Quba-Xaltan, Qəbələ Savalan, Şamaxı-Hilmilli ərazisində rast gəlinir. |
Cephalanthera Rich longifolia ( L.) Fritsch. | Qusarçay, İsmayıllı-Qoruğu-meşə, kolluqlarda rast gəlinir. |
Salix kusnetzowii Laksch. ex Goerz | Şamaxı-Pirqulu-Pirsaatçay, Quba Qudyalçay, Qusar- Laza, Şahdağ-supalp, alp, kolluqlarda rast gəlinir. |
Pterocarya pterocarpa (Michx) Kunth. ex I. Iljinsk. | İsmayıllı-Xanagah, Oğuz-Padar ərazisində rast gəlinir. |
Castanea sativa Mill. | Qəbələ-Vəndam, Bum çayı,Qəbələ-İsmayıılı meşələri d.s.-600-1100-m. meşəliklərdə rast gəlinir. |
Pyracantha coccinea M. Roem. | İsmayıllı-Basqal və Talıstan, Qusarçay boyu, Şamaxı-Çuxuryurd ərazisində rast gəlinir. |
Rosa azerbaydzhanica Nov.& Rzazade | Quba-Artuc kəndi daşlı çınqıllı yamaclarda rast gəlinir. |
Rhododendron luteum Sweet. | Şamaxı-Pirqulu d.s.100-1500- seyrək meşələrdə rast gəlinir. |
Primula juliae Kusn. | Qəbələ- Dəmiraparançay-çay sahillərində rast gəlinir. |
Atropa caucasica Kreyer | Qusar-şəhər ətrafı -meşələrdə və meşəətrafı talalarda, İsmayıllı qoruğunun ərazisində rast gəlinir. |
Cladochaeta candidissima (Bieb.) DC. | İsmayıllı-Mücü, Korçay, Quba-Qonaqkənd, Xaltan, Yerfli, Ağsuçay, Şamaxı-Pirsaatçay-daşlı-çınqıllı ərazilərdə, çay vadilərində rast gəlinir. |
Sternbergia fischeriana (Herb.) M.Roem. | Qəbələ-Bucaq, Şamaxıətrafı dağ-quru yamaclarda rast gəlinir. |