Hirkan Milli Parkı

Yaranma tarixi: 9 fevral 2004-ci il

Yerləşməsi: Talış dağları (Astara və Lənkəran rayonları)

Sahəsi: 40358 ha

Landşaft: Meşə, dağ-meşə

Rast gəlinən bitki növləri: budaqlı danaya (Danae racemosa), hirkan bigəvəri (Ruscus hyrcanus), Pastuxod daşsarmaşığı (Hedera pastuchovii), Buasye armudu (Pyrus boissieriana), qanadmeyvə yalanqoz (Pterocarya pterocarpa), ürəkyarpaq qızılağac (Alnus subcordata), dəmirağac (Parrotia persica), şabalıdyarpaq palıd (Quercus castaneifolia), vələsyarpaq azatağacı (Zelkova carpinifolia), vələs (Carpinus orientalis), şərq fıstığı (Fagus orientalis) və s.

Rast gəlinən heyvan növləri: qara leylək (Ciconia nigra), hirkan arıquşu (Parus hyrcanus), qaratoyuq (Turdus torquata), sığırçın (Sturnus vulgaris), çöl muymulu (Falco naumanni), Talış qırqovulu (Phasianus colchicus talischensis), Türküstan qırğısı (Accipiter badius), çöl donuzu (Sus scrofa), porsuq (Meles meles), yenot (Procyon lotor), canavar, tülkü (Vulpes vulpes) və s.

Qırmızı kitaba daxil olan növlər: Hirkan şümşəsi (Ilex hyrcana), Hirkan qovağı (Populus hyrcana), Lənkəran gülxətmisi (Alcea lenkoranica), giləmeyvəli qaraçöhrə (Taxus baccata), Talış uzunbığı (Purpuricenus talyshensis), Talış məxməri kəpənəyi (Lasiommata adrastoides), qara leylək (Ciconia nigra), cırtdan qartal (Hieraaetus pennatus), tirəndaz (Hystrix indica), Ön Asiya bəbiri (Panthera pardus saxicolor), qonur ayı (Ursus arctos), vaşaq (Lynx lynx), zolaqlı kaftar (Hyaena hyaena) və s.

Əsasnamə

Hirkan Milli Parkı haqqında Ə S A S N A M Ə

23.45 KB