Ekoturizm
Ödəniş qiymətləri
Ekoturistlər üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkına daxil olmaq həftə ərzində saat 9:00-dan 18:00-dəkdir.
Milli Parkların ərazisinə ekoturistlərin daxil olması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 023/ü nömrəli 16 yanvar 2012-ci il tarixli “Milli Parklarda ekoturizm fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Əmrinə əsasən giriş üçün nəzərdə tutulmuş müvafiq vəsaitin (giriş haqqının) banka ödənilməsini təsdiq edən qəbz və şəxsiyyət vəsiqəsi milli parkların giriş məntəqələrində təqdim edilməsi yolu ilə həyata keçirilir.
Milli Parka giriş biletlərinin qiyməti aşağıdakı kimidir: |
Yerli vətəndaşlar 2 manat |
Xarici vətəndaşlar 2 manat |
Xüsusi mühafizə olunan təbiət ərazisinə giriş zamanı aşağıdakı şəxslər imtiyazlı hesab olunur və ödənişdən azad edilirlər:
1. xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi üçün yaradılan idarənin əməkdaşları (xüsusi vəsiqələrini təqdim etməklə);
2. xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin müvafiq ərazilərlə bağlı xidməti vəzifələrini yerinə yetirərkən gələn dövlət və bələdiyyə orqanlarının, dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatların işçiləri (təsdiqedici sənədi təqdim etməklə);
3. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanları, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər (müvafiq təsdiqedici sənədi təqdim etməklə); [5]
4. məktəbəqədər uşaqlar, məktəblilər və onları müşahidə edən müəllimlər;
5. xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi araşdırmaların, müşahidələrin, monitorinqlərin aparılması, mədəni tədbirlərin, tədris və məşğələ (treninq) proqramlarının təşkili, turistlərə rekreasiya xidmətlərinin göstərilməsi, müvəqqəti iaşə, ticarət və digər mədəni-məişət təyinatlı obyektlərin yerləşdirilməsi və məhdud təsərrüfat fəaliyyətinin həyata keçirilməsi məqsədləri ilə bu Qaydanın 2.5-ci bəndində göstərilmiş müqavilə əsasında istifadə zamanı təbiət istifadəçisi və onun Azərbaycan Respublikasının Əmək Məcəlləsi çərçivəsində fəaliyyət göstərən xidməti heyət üzvləri (müvafiq xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi məqsədi ilə yaradılan idarənin təsdiq etdiyi siyahıya uyğun olaraq).
6. Xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə (milli parkların yüksək dağlıq hissələri istisna olmaqla) giriş zamanı güzəştli şərtlərdən (müəyyən olunmuş məbləğin 25 faizini ödəməklə) aşağıdakı şəxslər (müvafiq təsdiqedici sənədləri təqdim etməklə) istifadə etmək hüququna malikdirlər:
6.1. ali məktəb tələbələri;
6.2. əlilliyi olan şəxslər.