Şahdağ Milli Parkı

F A U N A S I

Şahdağ ərazisində Bütün Qafqaz faunasını əhatə edən növlərə rast gəlmək olar. Aşağıdakı fauna növləri milli park ərazisi üçün çox əhəmiyyətlidir və ərazinin fauna dəyərləri olaraq mühafizə edilir. Bu nəsli kəsilməkdə və təhlükə altında olan fauna növləri Azərbaycanın Qırmızı Kitabına və IUCN Qırmızı Siyahısına daxil edilmişdir.
Capra cylindricornis (Şərqi Qafqaz və ya dağıstan turu): Bu növ bölgənin subalp və yuxarı meşə zonalarında, eləcə də Quba, Qusar, Oğuz, Qəbələ, Şahdağ və Babadağda yayılmışdır. Onlara daha çox Şahdağ Milli Parkının İsmayıllı hissəsində və onun sərhədlərində rast gəlmək olar. Dağıstan turu Azərbaycanın Qırmızı Kitabına daxil edilmişdir.
Marallar cinsinin yeganə nümayəndəsi olan (Cervus) nəcib maral (C.elaphus L.) da milli parkın ərazisində məskunlaşmışdır. Onların yaşayış yerləri meşə qurşaqlarında bütöv deyil, lokal şəkildədir. Nəcib marallar nadir və azsaylı növlərə aiddir. Onlar IUCN Qırmızı Siyahısına salınmış və Azərbaycanın Qırmızı Kitabının II nəşrinə daxil edilməsi təklif olunmuşdur.
Köpgərlər cinsindən (Rupicapra) olan köpgər (Rupicapra rupicapra L.) Böyük Qafqazda yayılmış yeganə növdür. Çox qədim tarixi dövrlərdə Azərbaycanın əksər dağlıq ərazilərində yayılmış və çoxsaylı olan bu növ müasir dövrümüzdə respublikamızın yalnız Böyük Qafqaz dağlarının cənub və şərq yamaclarında qala bilmişdir. Azsaylı və nadir növdür. Bununla əlaqədar olaraq köpgər Azərbaycanın Qırmızı Kitabının I və II nəşrinə və IUCN Qırmızı Siyahısına daxil edilmişdir.
Ayılar cinsindən olan qonur ayı (Ursus) MP-ın ərazisində geniş yayılmışdır (U.arctos L.). Bu növdən başqa ərazidə Azərbaycanın faunasına xas olmayan ağdöş ayı da mövcuddur ki, buna da daha çox İsmayıllı qoruğunda rast gəlmək olar. Bu heyvanlar aşağı və yuxarı dağ meşələrində, eləcə də tuqay meşə zonalarında daha geniş yayılmışdır. Heyvan və bitki mənşəli qidalarla qidalanır.
Kiçik pişiklər cinsinin ərazidə yayılmış digər növü vaşaqdır (F.lunx L.). Bu növə daha çox Quba-Dəvəçi, İsmayıllı, Oğuz və Qəbələ, Dəvəçi rayonlarının (Böyük Qafqazın şimal-şərq yamacları) dağ- meşə massivlərində rast gəlmək olar. Azsaylı və nadir növdür. 
 
 
Lutra lutra: Ərazidə yayılmış samurlar cinsinə məxsus olan çay samuru (L.lutra) çox nadir növlər sırasındadır. Bu növ yüksək dağ çəmənliklərinə məxsus çaylardan başqa əksər landşaftlarda olan çaylarda yaşayır. Onlara ən çox meşə qurşaqlarındakı su hövzələrində rast gəlinir. 300 m yüksəkliyə qalxa bilir və Azərbaycanın Qırmızı Kitabına və Beynəlxalq Qırmızı Siyahıya daxil edilmişdir.
Lyrurus mlocosiewiczi (Qafqaz tetrası): Oğuz, İsmayıllı, Quba və Qusar rayonlarının alp, subalp və meşə qurşağında müşahidə edilir. Azərbaycanın Qırmızı kitabına və Beynəlxalq Qırmızı Siyahıya daxil edilmişdir.
Tetraogallus caucasicus (Qafqaz uları): Oğuz, İsmayıllı, Quba və Qusar rayonlarının alp, subalp və meşə segmentlərində məskunlaşmışdır.
Ciconia nigra (Ağ leylək): Dağətəyi və dağ-meşə qurşaqlarında, İsmayıllı, Qəbələ, Ağsu, Quba və Qusar rayonlarında vadilərdəki meşələrin seyrək yerlərində müşahidə edilir. Azərbaycanın Qırmızı Kitabına daxil edilmişdir.
Aquila heliaca (Məzar qartalı): İsmayıllı, Şamaxı, Ağsu, Qəbələ və Quba rayonlarının dağətəyi qurşağının meşələrində rast gəlmək olar. Azərbaycanın Qırmızı kitabına və Beynəlxalq Qırmızı Siyahıya daxil edilmişdir. Şahdağ Milli Parkında 271 onurğalı, 7 suda-quruda yaşayan, 18 sürünən, 195 quş və 51 növ məməli var. 108 fauna növü Azərbaycanın Qırmızı Kitabına daxil edilmişdir.
HƏŞƏRATLAR: Rhesus serricollis, Cerambyx cerdo ssp. Acuminatus, Rosalia alpineina,Morimus verecundus, Necydalis major, Mallosia eumallosia herminae, Calosoma sycophanta, Carabus procerus caucasicus, Ancylocheria salomonii, Oryctes nasicornis, laphylumennis, Parnassius nordmanni, Colias aurorina, Bombus dagestanicus, Bombus mlokosevitschi
BALIQLAR: Salmo trutta fario Berg, Leuciscus cephalus orientalis Nordman, Chondrostoma oxyrhynchum Kessler, Alburnoides bipunqtatus eichwaldi Filip, Barbus ciscaucasicus Kessler, Gobio ciscaucasicus Berg, Nemachilus merga Krynicki, Alburnus charusini Herzen
SUDA QURUDA YAŞAYANLAR: Triturus karelini
SÜRÜNƏNLƏR: Testudo graeca, Elaphe hohenackeri, Elaphe dione, Elaphe sauromates,Coronella austriaca, Eirenis modestus, Vipera renardi, Macrovipera lebetina
QUŞLAR: Botaurus stellaris, Egretta alba, Egretta garzetta, Ardea ciinerea, Ardea purpurea,Ciconia ciconia, Ciconia nigra, Pernis apivoris, Milvus migrans, Accipiter gentilis, Buteo rufinus, Aquila clanga, Aquila pomorina, Aquila chrysaetus, Aquila heliaca,Neophron percnapterus, Gypaetus barbatus, Aegupius monachus, Gyps fulvus, Circaetus gallicus,Circus cyaneus, Circus pygargus,Falco cherruq, Falco peregrinus, Falco subbuteo, Falco naumanni, Falco tinnunculus, Falco columbarius, Lyrurus mlocosiewiczi, Tetraogallus caucasicus, Perdix perdix, Phasianus colchicus, Grus grus, Crex crex, Gallinula chloropus,Otis tarda, Tetrax tetrax, Rallus aquaticus, Gallinago media, Bubo bubo, Apus melba,Coracias garullus, Picus canus, Dryocopus martius, Dendrocopos minor, Melacnocorypha calandra, Eromophila alpestris, Lullula arborea, Lanius senator, Lanius excubitor, Corvus corax, Sylvia nisoria, Ficedula semitorquata, Saxicola torquata, Oenanthe oenanthe, Turdus torquatus
MƏMƏLİLƏR: Sorex raddei, Rhinolophus hipposideros, Rhinolophus blasii, Myotis bechsteinii, Ursus arctos, Vormela peregusna, Meles meles, Lutra lutra, Felis silvestris, Felis chaus, Felis lynx, Cervus elaphus, Rupicapra rupicapra, Capra cylindricornis