03 İyul 2024
“Beynəlxalq Polietilen Paketdən İmtina Günü” ilə əlaqədar vətəndaşlara ekoçantalar paylanılıb, fləşmob keçirilib“Beynəlxalq Polietilen Paketdən İmtina Günü” ilə əlaqədar polietilen torbalardan istifadənin azaldılmasına nail olmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Bakıda fəaliyyət göstərən bir neçə marketdə ekokönüllülər tərəfindən alıcılara ekoçantalar paylanılıb, plastikin təbiətə və insan orqanizminə zərərləri, tullantıların çeşidlənərək təkrar emala göndərilməsinin vacibliyinin əks olunduğu məlumatverici açıqcalar hədiyyə olunub.