26 İyun 2024
Çaylarda faktiki vəziyyətMilli Hidrometeorologiya Xidmətinin iyunun 26-sı saat 22:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Böyük Qafqazın ərazisindən axan Qudiyalçayda suyun səviyyəsi 10, Vəlvələçayda 7, Kiçik Qafqazın ərazisindən axan Şəmkirçayda 7, Lənkəran -Astara bölgəsi ərazisindən axan Lənkərançayda 47, Viləşçayda 33, Təngərüdçayda isə 2 sm artıb.