Xəbərlər

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti aksiyalar keçirilib

08 Avqust 2024, 17:45

 
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Ağsu rayonunun Ağsu, Göygöl rayonunun Hacıkənd, Quba rayonunun Quba, Ağstafa rayonunun Poylu, Şəki rayonunun Layısqı və Lerik rayonunun Vizəzəmin meşə ərazilərində iməciliklər keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşlarının, bələdiyyələrin, yerli kommunal müəssisə kombinatlarının nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən iməciliklər zamanı 1,4 ton tullantı yığılaraq ərazilərdən daşınıb.

“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən bu aksiyaların məqsədi ətraf mühitin qorunması, ekosistemin sağlamlığının təmin edilməsi, eyni zamanda ictimaiyyətin bu məsələyə diqqətinin artırılması, insanlarda ekoloji məsuliyyət hissinin yaradılması və tullantıların düzgün utilizasiyasına dair məlumatlandırmanın təmin edilməsidir.