Bakıda və Abşeron yarımadasında yağışlı hava müşahidə olunur
16 Avqust 2024, 08:00
Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən verilən məlumata əsasən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında yağış yağır və gün ərzində fasilələrlə davam edəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var.