Xəbərlər

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən SOCAR, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə görüş keçirilib

15 Avqust 2024, 12:25

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin mühafizəsinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq, bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək, müəssisə və obyektlərdə ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasını təbliğ etmək məqsədilə SOCAR, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə görüş keçirilib.

Görüş çərçivəsində iştirakçılarla son dövrlər ətraf mühitin sağlamlaşdırılması, xüsusən də Xəzər dənizinə olan təsirlərin aradan qaldırılması istiqamətində görülmüş işlər, qarşıda duran prioritet məsələlər müzakirə edilib, müvafiq tövsiyələr verilib.