06 Aprel 2023
Beynəlxalq təşkilatların nümayəndələri ağac əkməklə təbiətə töhfə veribMilli Su Siyasəti Dialoqunun növbəti görüşündə iştirak üçün ölkəmizdə səfərdə olan BMT-nin Avropa İqtisadi Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avstriyanın Ətraf Mühit Agentliyi, Beynəlxalq Təbiəti Mühafizə İttifaqı və Fransanın Beynəlxalq Su Ofisinin nümayəndələri, eyni zamanda Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin və bir sıra dövlət qurumlarının əməkdaşları Xocəsən gölü ətrafında həyata keçirilən ekoloji bərpa tədbirləri ilə tanış olub.