27 İyul 2023
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatıDövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba rayonunun Qəçrəş kəndindəki “Aynur” istirahət mərkəzinin, Xudat şəhərində yerləşən "Gold" və "Eko" marketlərin, Füzuli rayonu, Mahmudlu-2 kəndindəki “Real” marketin, Sabunçu rayonu, Pirşağı qəsəbəsinin Xəzər sahili zolağında fəaliyyət göstərən "Həyat" istirahət mərkəzinin, İmişli rayonu, Xubyarlı kəndində "Mirislam" MMC-yə məxsus qum-çınqıl karxanasının və həmin kənddə yerləşən avtomobil təmiri sexinin fəaliyyəti zamanı formalaşan istehsalat və məişət tullantılarının qalaqlanaraq yandırılması faktları müəyyən edilib.