Xəbərlər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

27 İyul 2023, 17:25

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, “Novxanı bağları” massivindən qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qum-çınqıl qarışığının “Ford” markalı, 77-EL-681 dövlət nömrə nişanlı yük maşınının sürücüsü Kamran Yusifov və ekskavatorun sürücüsü İmamverdi Orucov tərəfindən daşındığı məlum olub.

“Faktla bağlı akt, protokol tərtib olunub və sürücülər barədə qanunamüvafiq tədbirlər görülüb”.