01 Avqust 2023
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatıDövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı İsmayıllı rayonunun Cülyan kəndində qanunsuz fəaliyyət göstərən ağac emalı sexi, Göyçay rayonunun Çayarxı kəndindəki ağac emalı sexində isə qanunsuz yolla əldə edilmiş 4,6 m³ həcmində işlik meşə materialı müəyyən edilib.