Kollegiya iclası keçirilib
27 İyul 2023, 12:25
Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2023-cü ilin 1-ci yarımilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
İclasda Nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərləri, eyni zamanda Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini iştirak edib.
Kollegiya iclasında iştirakçıların hesabatları dinlənilib, müxtəlif istiqamətlər üzrə müzakirələr aparılıb.