14 Dekabr 2023
"Əkilən ağacların ümumi bitiş faizinin ən yüksək göstəriciləri payız-qış mövsümünə düşür"İqlim şəraitinə uyğun olaraq payızın sonu və qışın şaxtasız dövrü ağac əkini üçün əlverişli vaxt hesab edilir. Bu mövsümlərdə havaların yağıntılı keçməsi səbəbindən torpaqda yaranmış nəmlik hesabına əkilən tinglərin bitiş faizi daha yüksək nəticə verir, havalar istiləşənə qədər formalaşmış kök sistemi hesabına tinglər normal böyüyüb inkişaf edir. Bu dövrdə alaq otlarının da olmaması kök sisteminin daha yaxşı inkişafına səbəb olur.