İctimai dinləmə keçiriləcək
29 Yanvar 2024, 10:40
İstismara yararsız vəziyyətdə olan avtomobillərin utilizasiyası ilə əlaqədar mövcud vəziyyət və qarşıda duran məsələlərə dair Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən ictimai dinləmə keçiriləcək.
1 fevral 2024-cü il tarixində, saat 15:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində təşkil olunacaq tədbirdə dövlət qurumlarının əməkdaşları, ekoloqlar, QHT və KİV nümayəndələri, həmçinin digər maraqlı tərəflərin iştirakı nəzərdə tutulub.
- Əlaqələndirici şəxs: Elnur Ağayev - Dövlət Ekoloji Ekspertiza Agentliyinin əməkdaşı
- Əlaqə nömrəsi: 055-900-55-56
- e-poçt: elnur.agayev@eco.gov.az
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi (K.Kazımzadə küç. 100A)
- 1 fevral
- Saat: 15:00