Xəbərlər

Almaniyanın xarici işlər nazirinin müavini ilə görüş keçirilib

29 Yanvar 2024, 12:50

Almaniya Federativ Respublikasının xarici işlər nazirinin müavini xanım Cennifer Morqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) hazırlıq prosesi üzrə fikir mübadiləsi aparılıb.

______________________________________________________________________________
 

A meeting was held with the Deputy Minister for Foreign Affairs of the Federal Republic of Germany

Azerbaijan’s Minister of Ecology and Natural Resources Mukhtar Babayev has met with a delegation led by State Secretary and Special Envoy for International Climate Action of the Federal Foreign Office of Germany Jennifer Morgan.

During the meeting, the sides exchanged views on the preparations for the 29th session of the Conference of the Parties to the UN Framework Convention on Climate Change (COP29) to be hosted by Azerbaijan this year.