Gəncə şəhərində keçiriləcək III MDB Oyunlarına hazırlıq ilə bağlı şəhərin estetik görünüşünün yaxşılaşdırılması, mövcud yaşıllıqların mühafizəsi və qiymətləndirilməsi məqsədilə küçə, prospekt və parklarda quru, qəzalı, o cümlədən xəstəliyə yoluxmuş ağacların mərhələli şəkildə əvəzlənməsinə başlanılır. Götürülən ağacların yerinə mövsümdə - sentyabr ayında iqlim və torpaq şəraitinə uyğun yeni ağaclar əkiləcək.
Dövlət qurumları əməkdaşlarının, ekoloqlar, QHT və KİV nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirdə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərə uyğun olaraq tikilən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun Fatmayı kəndi, Ceyranbatan qəsəbəsi və Xırdalan şəhərləri ərazisindən keçən hissəsinin inşası, Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisi və Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi layihələrinin ekoloji qiymətləndirilməsi həyata keçirilib.
Meşə və yaşıllıq ərazilərdə yanğın hadisələrinin qarşısının alınması məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin, FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə Qax, Zaqatala və İmişli rayonunlarının meşə ərazilərində, Hirkan Milli Parkında “Yanğın təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib.
12 avqust – Xəzər dənizinin ətraf mühitinina mühafizəsi günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı, Qırmızı Ürəklər Fondunun və Kapital Bank-ın təşəbbüsü ilə həyata keçirilən “Sıfır Tullantı” Həmrəylik Marafonunun növbəti mərhələsi Lənkəranda baş tutub.
“Xəzər Günü” münasibətilə “Təmiz ölkəm” devizi altında keçirilən təmizlik aksiyaları Xəzər dənizinin Sumqayıt, Lənkəran, Neftçala sahillərini, Samur-Yalama, Şirvan, Qızılağac və Abşeron milli parklarının sahil zolaqlarını əhatə edib.