Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin, təhsil, səhiyyə müəssisələrinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir.
Avtomatik stansiyalardan əldə edilən məlumata görə, bu gün axşam saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.8-2 dəfə artıqdır. Bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və İsmayıllı rayonunun inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.
“Təmiz ölkəm” devizi altında keçirilən təmizlik aksiyaları çərçivəsində 29 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə nümayəndələrinin və sakinlərin iştirakı ilə Xəzər dənizinin Şüvəlan, Lənkəran sahillərində, Biləsuvar rayonu Bolqarçayın sahilində, Yevlax şəhəri Nizami prospektində, Qusar rayonu Qayakənd kəndi ərazisində, Füzuli rayonu Horadiz şəhəri ərazisində, Zəngilan rayonu Bəstiçay çayının ətrafında, Balakən rayonu Kortala, Göygöl rayonu Hacıkənd meşəbəyliklərində təmizlik aksiyaları keçirilib, ərazilər ümumilikdə 3.4 tondan artıq tullantıdan təmizlənib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin, “Araz” supermarketlər şəbəkəsinin, “PAŞA Bank” ASC-nin, “Azərsun Holding”in, “EcoHub” İctimai Birliyinin və “Yağmur-2” MMC-nin dəstəyi ilə Bakı şəhəri Nizami rayonunda növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı baş tutub.