02 Sentyabr 2025 ''Ədliyyə Könüllüləri'' ictimai birliyi Ədliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Gənclər Fondu, "Coca-Cola Azerbaijan" MMC və "Gənc könüllülər" ictimai birliyi ilə birgə gənclərin ekoloji biliklərini artırmaq, təbiətin qorunması mövzusunda düzgün vərdişlər formalaşdırmaq və ekoloji maarifləndirməni dəstəkləmək məqsədilə “Ecoguard" ekoloji maarifləndirmə düşərgəsinə start verir. 01 Sentyabr 2025 Bioloji Müxtəlifliyin Qorunması Xidməti və “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Altıağac Milli Parkının yaranmasının 21 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə 50-dən artıq gənc iştirak edib. 01 Sentyabr 2025 Son zamanlar ölkənin bəzi meşə ərazilərində yaşıllıqlara zərər vuran Amerika ağ kəpənəyi (Hyphantria cunea) və Qəhvəyi mərmər bağacığı zərərvericilərinin (Halyomorpha halys) yayılması halları müşahidə olunur. 01 Sentyabr 2025 “Təmiz ölkəm” devizi altında keçirilən növbəti təmizlik aksiyası Xəzərin Sumqayıt sahilində təşkil olunub.