Xəbərlər


Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

05 Noyabr 2025, 14:07

 
Noyabrın 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.

Koroğlu m/s yaxınlığında yerləşən "Bravo" Koroğlu hipermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
- Bravo Koroğlu hipermarket - Heydər Əliyev prospekti 172
- Saat: 14:00
- 7 noyabr