25 Avqust 2025
Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti dəfə ərazilər tullantılardan təmizlənib
“Təmiz ölkəm” devizi altında keçirilən təmizlik aksiyaları çərçivəsində 22 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, "İRƏLİ" İctimai Birliyinin təşəbbüsü ilə cəlb olunmuş gənclərin, bələdiyyə nümayəndələrinin və sakinlərin iştirakı ilə Xəzər dənizinin Hövsan, Sumqayıt sahillərində, Kür çayının Salyan, Qudyalçayın Quba rayonlarından keçən hissələrində, Masallı rayonu Təzə Alvadı kəndi, Şəki şəhəri Giləkli məhəlləsi, Beyləqan rayonu Şərq qəsəbəsi, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi ərazilərində, Zərdab şəhəri Babək İsmayılov küçəsində, Daşkəsən rayonu Əmirvar meşəbəyliyi ərazisində təmizlik aksiyaları keçirilib, ərazilər ümumilikdə 4 tondan artıq tullantıdan təmizlənib.