Xəbərlər


“Layihələrə ekoloji baxış: ətraf mühitə təsirin qiymətləndirilməsi və əlavə dəyər” mövzusunda təlim keçirilib

27 Oktyabr 2025, 12:10

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində gənclər üçün “Layihələrə ekoloji baxış: ətraf mühitə təsirin qiymətləndirilməsi və əlavə dəyər” mövzusunda təlim təşkil olunub.

Tədbirdə Dövlət Ekoloji Ekspertiza Agentliyinin mütəxəssisi Könül Əhmədsoy tərəfindən iştirakçılara ƏMTQ prosedurunun mahiyyəti, bu sahədə mövcud qanunvericilik tələbləri, hansı layihələr üçün qiymətləndirmənin aparılmasının məcburi olduğu və prosesin həyata keçirilmə mərhələləri barədə geniş məlumat təqdim edilib.

Təlim zamanı həmçinin ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin məzmunu, ekoloji ekspertiza, ictimai dinləmələrin qiymətləndirmə prosesində rolu, eləcə də monitorinq və nəzarət mexanizmləri müzakirə olunub.

İştirakçılara ƏMTQ-nin layihə sifarişçiləri üçün yaratdığı faydalar, dayanıqlı inkişafın təmin olunmasında və ekoloji risklərin azaldılmasında bu prosesin rolu barədə məlumatlar verilib.