Xəbərlər


Lənkəran Dövlət Universitetində ekoloji maarifləndirici görüş keçirilib

27 Oktyabr 2025, 16:18

 
Lənkəran Dövlət Universitetində tələbələrlə “Tullantıların düzgün idarə olunması” mövzusunda maarifləndirici görüş təşkil olunub.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova, Ekoloji siyasət şöbəsinin Tullantıların idarə edilməsi sektorunun müdiri Mehman Nəbiyev və “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin rəis müavini Elnur Əliyev çıxış edərək mövzu ətrafında geniş təqdimatlar ediblər.

Çıxışlarda ölkədə tullantıların idarə olunması sahəsində həyata keçirilən tədbirlər, təkrar emal və çeşidlənmə proseslərinin əhəmiyyəti, tullantıların düzgün idarə edilməsinin ekoloji tarazlığa təsiri, həmçinin bu istiqamətdə qarşıda duran vəzifələr barədə məlumatlar verilib.

Tədbirdə Lənkəran Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Ramiz Şəmmədov, universitetin müəllim və tələbə heyəti iştirak ediblər.