Xəbərlər


“II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib

28 Oktyabr 2025, 12:47

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində gənclərin iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub.

Aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Tədbirin əsas məqsədi gənclərin ekoloji dəyərlərə həssas münasibətini gücləndirmək, ətraf mühitin qorunması, yaşıllıqların artırılması və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Aksiya gənclərin ekoloji maarifləndirilməsinin gücləndirilməsi, onların ətraf mühitin qorunması istiqamətində təşəbbüskarlığının artırılması və “yaşıl düşüncə” mədəniyyətinin formalaşmasına xidmət edir.