06 Sentyabr 2023
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi və UNICEF Azərbaycanın birgə təşəbbüsü ilə #YaşılüçünGəncİqlimElçiləri həştəqi ilə Gənc İqlim Elçilərinin seçimi başlayır.Layihənin əsas məqsədi gənclərin bilik və bacarıqlarının artırılması yolu ilə onları iqlim dəyişikliyi və ətraf mühitin qorunması sahəsində təşəbbüslərə cəlb etməkdir. Seçilmiş Gənc İqlim Elçiləri gənclərin, eləcə də, digər geniş əhali qruplarının iqlim böhranı və ətraf mühitin mühafizəsi barədə maarifləndirilməsində fəal rol oynayacaq.