Qurumuş və qəzalı ağacların götürülməsi, tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə 27 sentyabr 2024-cü il tarixində saat 15:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək.
Xəzər dənizinin cənub-qərbində yerləşən, unikal ekosistemi ilə fərqlənən Qızılağac Milli Parkının yaranması günü ilə əlaqədar sentyabrın 26-da milli parkda “açıq qapı” günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad olunacaq.
Ümumdünya Avtomobilsiz Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Dənizkənarı Milli Park və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə veloyürüş təşkil olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Tullantıları İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkə ərazisində yüksək keyfiyyətli ekoloji mühitin yaradılması, tibbi tullantıların idarə edilməsi üsullarının təkmilləşdirilməsində davamlı inkişafa nail olmaq məqsədilə şəffaf, səmərəli və əlverişli əməkdaşlıq edilməsi üçün tibbi tullantıların müvafiq qaydada qablaşdırılması, daşınması, zərərsizləşdirilməsi və utilizasiya edilməsi sahəsində “birgə əməkdaşlıq” üçün elan etdiyi müsabiqə yekunlaşıb.
Arid iqlim zonalarında yaşıllıqların keyfiyyətinin artırılması, qurumuş və qəzalı ağacların götürülməsi, tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, bu məqsədlə ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə 13 sentyabr 2024-cü il tarixində saat 15:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək.