Elanlar

Yer təkindən istifadə üzrə növbəti hərrac keçiriləcək

00 0000

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yer təkindən istifadə üzrə növbəti hərrac elan edir.

19 fevral 2025-ci il tarixində saat 11:00-da, Bakı şəhəri Əmlak Xidmətləri Məkanında bu ilin ilk hərracı keçiriləcək. Xocalı rayonunun inzibati ərazisində yerləşən “Xocalı” gil yatağı auksion formasında hərraca çıxarılacaq. Bu hərracla yatağın 1 LOT üzrə 6 ha sahəsində 5 il müddətində istismara icazə veriləcək.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə (Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31A) müraciət edə bilərlər.

Xatırladaq ki, hərraca 5 iş günü qalmış sənəd qəbulu başa çatır.

Elanın digər məlumatları ilə buradan tanış ola bilərsiniz.